MÜTƏXƏSSİS İDDİASI
“Biz elə bilirik ki, soyuq havanın təsiri ilə xəstələnirik. Əslində bu səhv düşüncədir. İnsan soyuqdan xəstələnmir”. Bu sözləri, Qazaxstanın Almatı şəhərində yerləşən “Herbalife Nutrition” şirkətinin tərəfdaşı və düzgün qidalanma üzrə mütəxəssis Rizat Məcidov deyib.
O, bildirib ki, soyuq havalarda xəstələnməyin yalnız 2 səbəbi var:
İlk öncə, əksər insanlar sayuq fəsillər gəldikdə pəncərələri bağlı saxlayır. Buna görə də, olduğumuz mühit daha az havalandırılır və sağlamlığımız üçün zərərli olan viruslar içəridə qalır. Nəticədə, biz xəstələnirik. Qeyd edək ki, yayda da həmin bakteriyalar eyni miqdarda olur, sadəcə pəncərələr açıq olduğundan, viruslara daha az məruz qalırıq.
Digər səbəblərdən biri də, soyuqdan qorunmaq üçün istifadə etdiyimiz qızdırıcı və akkumulyatorlardır. Havada quruluq rütubət azlığına təsir edir və virusların orqanizmdə qalıcılığını uzunmüddət saxlayır, deyə mütəxəssis fikrini tamamlayıb.
Saglamolun.Az