YENİ TƏDQİQAT
Taksi və təcili yardım sürücülərində digər peşələrlə müqayisədə “Alzheimer” xəstəliyindən daha az ölüm halları qeydə alınır.
The BMJ-nin Milad sayında bununla bağlı araşdırmanın nəticələri dərc edilib.
Tapıntılar müşahidə xarakteri daşıyır, ona görə də birbaşa əlaqəni təsdiq edə bilmirlər, lakin tədqiqatçılar deyirlər ki, onlar taksi və təcili yardım sürmək kimi yaddaşı gücləndirən sürücülük peşələrinin Alzheimer xəstəliyinə qarşı müəyyən qədər qorunma ilə əlaqəli oldğunu ehtimal edirlər.
Tədqiqatçılar qeyd edirlər ki, bu tendensiya avtobus sürücüləri və ya təyyarə pilotlarında müşahidə edilməyib, çünki onlar əvvəlcədən müəyyən edilmiş yol xətti ilə hərəkət edirlər.
Bunu araşdırmaq üçün ABŞ tədqiqatçılar qrupu 1 yanvar 2020-ci il və 31 dekabr 2022-ci il tarixləri arasında 443 müxtəlif peşədən olan yetkinlər üçün ölüm şəhadətnamələrini təhlil edib. Məlumatlara ölümün səbəbi, məşğuliyyət və sosial-demoqrafik məlumatlar daxil edilib.
Bundan əlavə mütəxəssislər hər gün getdiyiniz ünvana fərqli, alternativ yollarla getməyi məsləhət görür. Yeni məkanlar qavramını gücləndirir düyə bu halda “Alzheimer” riski azalır.
Saglamolun.Az