TƏQLİD ETDİYİN ADAMA ÇEVRİLİRSƏN

MARAQLI KƏŞF

Stenford Universitetinin psixoloqları apardıqları qeyri-adi araşdırma ilə insan davranışı və özünəinamın formalaşması barədə yeni nəticələr açıqlayıb. Tədqiqat göstərib ki, insan 3 gün ardıcıl olaraq özünü film qəhrəmanı kimi apararsa, yəni duruşu, baxışı, danışığı və hərəkətləri daha inamlı olarsa, beynin özünə dair formalaşmış təsviri dəyişməyə başlayır.

Eksperimentdə iştirakçılardan sadəcə “inanmağa çalışmaq” deyil, elə davranmaq tələb olunub ki, guya kameralar onları çəkir və onlar baş qəhrəmandır. Təxminən 72 saatdan sonra beynin qəbul mexanizmlərində dəyişiklik müşahidə edilib: insanlar özlərini artıq müşahidəçi kimi deyil, hadisələrin mərkəzində olan şəxs kimi hiss etməyə başlayıb.

Nəticədə iştirakçılar daha tez qərar verməyə, daha inamlı danışmağa, bədən dilləri isə güclü lider təsiribağışlayıb. Alimlər bunu maraqlı bioloji mexanizmlə izah edib: insan düz dayananda, daha dərin nəfəs alanda və irəli addımlayanda orqanizmdə testosteron yüksəlir, stress hormonu olan kortizol isə azalır. Yəni davranışın dəyişməsi kimyəvi reaksiyalara səbəb olur və bu, özünü daha güclü hiss etməyə gətirib çıxarır.

Saglamolun.Az