Aybaşı ağrılarını yox edən bitki çayları

Qadınların çoxu aybaşı zamanı sancıları ağrıkəsici dərmanlarla yola verməyə çalışırlar. Amma hər zamankı kimi təbii çarələrdən istifadə daha faydalıdır.  

Sağlamolun.az aybaşı ağrılarını azaldan bitki çaylarını təqdim edir:

 

 

Böyürtkən çayı

Tərkibində çoxlu miqdarda C vitamini olduğu üçün bu dövrü rahat keçirmənizə həm kömək edər,  həm də enerji verər.

Zəncəfil çayı

Ağrıkəsici təsiri olduğundan əslində bu dövrdə istifadə edilən çaylardan biridir. Aybaşı dövrünün rahat keçməsinə və  eyni zamanda halsızlıq və yorğunluğa yaxşı təsir edir. 

Çobanyastığı çayı

Hər kəsin bildiyi kimi çobanyastığı çayı sakitləşdirici bir xüsusiyyətə malikdir. Çayı içdiyinizdə sancı və ağrıların yüngülləşdiyini görəcəksiniz. Mütəxəssislər reql dövründən 3-4 gün əvvəl içməyinizi məsləhət görür. 

Razyana  çayı

Bir çox problemlərə yaxşı təsir edən razyana çayı reql dövründə də ağrılarınızı yüngülləşdirəcək çaylardan biridir. İltihab sökdürücü, şişkinlik, bağırsaq və mədə narahatlıqlarında da istifadə edilə bilər.

Adaçayı

Tərkibində estrogen hormonu olduğu üçün reql dövründə ən çox istehlak edə biləcəyiniz çaylardan biridir. Eyni zamanda uşaqlıqdakı iltihab və kista kimi problemlərə də yaxşı təsir edir. 

Kəklikotu çayı

Əgər reql dövründə gecikməniz varsa, bu çay sizlikdir.  Aybaşı vaxtı gecikmə varsa,  dərhal bu çaydan içə bilərsiniz. 

Nanə çayı

Gərginliyi azaldan və bu dövrdə müşahidə edilən şişkinliyə yaxşı təsir edəcək çaylardan biridir.

Hibiskus çayı (məkkəgülü)

Sağlamlığa  çox faydası olan çaylardan biridir. Reql dövründə yaranan sancı və ağrılara da müsbət təsiri olduqca çoxdur.

Saglamolun.Az