Yayda ishaldan qorunmanın yolları

Yay aylarında həm isti, həm düzgün şəkildə qəbul edilməyən qidalar və bu kimi bir çox amillər əksər insanlarda tez-tez  ishal hallarının yaranmasına yol açır.

Daxili orqan xəstəlikləri üzrə mütəxəssis dr. Gökhan Akgül havaların isinməsi ilə artan ishal halları barədə xəbərdarlıq edib. Əsasən də iyul və avqust aylarında artan ishaldan qorunmaq üçün bəzi məqamlara diqqət etmək önəmlidir.

Meyvə-tərəvəz və su qəbul edərkən gigiyena qaydalarına diqqət edilməlidir. Yaxşı yuyulmayan meyvə və tərəvəzlər ishala şərait yaradan əsas səbəblərdəndir. Ona görə meyvə və tərəvəzləri bol su ilə yumaq, əl gigiyenasına diqqət etmək olduqca vacibdir. Əlləri ən az 20-30 saniyə sabunlamaq və ishal keçirən uşaq və yaşlılarda maye və duz qəbulunu artırmaq məsləhət görülür.

Günəşlənərkən isti içki qəbul etməyin

Günorta saatlarında günvurmalarına qarşı diqqətli olmaq gərəklidir. Günvurmadan və günəşin zərərli təsirlərindən qorunmaq üçün səhər saatlarında və ya saat 17-dən sonra dənizə girmək tövsiyə olunur.

Günəşlənərkən çay, qəhvə kimi isti içkilərin qəbul edilməməsi, soyuq, sərinləşdirici (soyuq çay, limonad, su) içkilərə üstünlük verilməsi ishalın qarşısının alınmasında yardımçı olacaq.

Yaşlılar və alzheimer xəstələrinin yay aylarında maye qəbuluna nəzarət edilməsi lazımdır. Bu tip xəstələr susadığını hiss etmir. Yaşlıların görə biləcəkləri yerlərə su şüşəsi qoyaraq onların su içməsini təmin etmək gərəklidir. Yaxınları maye qəbulu məsələsində onları nəzarət altında saxlamalı, lazım gələrsə, su içirməlidir.

Saglamolun.Az