İNQİLABİ KƏŞF
ABŞ-ın Florida Universitetinin alimləri eksperimental mRNT əsaslı peyvənd hazırlayıb. Bu yeni vasitə immun sistemini aktivləşdirərək müxtəlif növ bədxassəli şişlərlə mübarizə aparmağa imkan yaradır. Alimlərin fikrincə, bu gələcəkdə kimyaterapiya, şüa müalicəsi və cərrahi müdaxilə kimi ənənəvi xərçəng müalicə üsullarını əvəz edə bilər.
Tədqiqatçılar qeyd edir ki, peyvəndin işləmə mexanizmi COVID-19 pandemiyası zamanı tətbiq olunan yanaşmaya bənzəyir: preparat immun hüceyrələrini, şiş hüceyrələrini “virus” kimi tanıyıb onlara qarşı mübarizə aparmağa yönəldir.
“Biz müəyyən etdik ki, hətta onkoloji xəstəliklər üçün nəzərdə tutulmayan peyvənd belə güclü antixərçəng reaksiyası yarada bilər. Bu isə xəstələr üçün universal həll yolu tapmaq ümidi verir” deyə tədqiqatın həmmüəllifi, professor Duen Mitçell bildirib.
Hazırda preparatın sınaqları sıçanlar üzərində davam etdirilir.
Saglamolun.Az