Milçəklər quş qripini yayır


ALİMLƏRDƏN XƏBƏRDARLIQ
ABŞ-ın Corc Meyson Universitetinin aparıcı mikrobioloqu professor Ança Baranova bildirib ki, adi milçəklər H5N1 quş qripi virusunu ayaqlarında daşıya bilir. Bu, virusun fermalarda daha geniş yayılmasına və nəticədə insanlara keçmə riskinin artmasına səbəb ola bilər.
Amerikalı tədqiqatçılar hesab edir ki, milçəklər virusa yoluxmuş inəklərin nəcisindən, südündən və ya yaralı toxumalardan virusu “götürə” bilər. Milçəklərin virusu insanlara yoluxdura və ya virus onların içində çoxala biləcəyi sübut olunmasa da, bu, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün ciddi səbəbdir.
H5N1Quş qripinin insan üçün ölüm faizi yüksəkdir. Virus sürətlə mutasiya edir, artıq inəklər və pişiklər də yoluxub. Amerikada pandemiya riski artır – əgər virus insanlar arasında ötürülməyə başlasa, ciddi fəsadlara səbəb ola bilər. ABŞ-da son yarım ildə onlarla mal-qara fermasında yoluxma halları qeydə alınıb.
Əgər milçəklər virusun daşıyıcısına çevriləndə, fermerlər birbaşa risk altına düşə bilər. Milçəyin toxunduğu səthlərlə təmasda olan insanlar, virusu göz, ağız və ya burun selikli qişaları vasitəsilə qəbul edə bilər.

Saglamolun.Az