Yeni elastik implant hazırlanıb


ZƏİF EŞİDƏN PASİYENTLƏR ÜÇÜN UYĞUNDUR
Zəif eşidənlər üçün elastik beyin implantı hazırlanıb.
Massaçusets Ümumi Xəstəxanası və Brigham xəstəxanasının alimləri eşitmə problemləri olan insanlar üçün yeni nəsil elastik beyin implantı hazırlayıb. Bu cihaz, eşitmə siniri zədələnmiş və ya neyrofibromatozun 2-ci tipindən əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulub. Yeni texnologiya, beynin eşitmə funksiyasına cavabdeh olan hissəsi — koklear nüvəni birbaşa stimullaşdırmaqla işləyir. Bu isə eşitmə siniri işləmədiyi hallarda belə insanın səsləri qəbul etməsinə imkan verir və ənənəvi koxlear implantlardan fayda görməyən xəstələr üçün alternativdir.
Yeni implantın ilkin sınaqları meymunlar üzərində aparılıb və cihazın aylarla sabit işlədiyini və müxtəlif siqnallara stabil reaksiya verdiyini göstərib. Alimlər yaxın illərdə bu cihazın insanlar üzərində klinik sınaqlarını keçirməyi planlaşdırır.

Saglamolun.Az