PROQNOZ VƏ TƏKLİF
Qlobal miqyasda qızılcaya yoluxma halları artdıqca, peyvəndlə bağlı tərəddüd və dezinformasiya onilliklər ərzində əldə edilmiş tərəqqiyə xələl gətirir, həssas əhalini və səhiyyə sistemlərini risk altında qoyur. Bu qarşısı alına bilən ictimai sağlamlıq böhranının səbəbləri, nəticələri və həlli yolları haqqında təkamül biologiyası üzrə fəlsəfə doktoru Dr. Chinta Sidharthan News Medical nəşrində yayımladığı məqləadə bildirir.
Alim bildirir ki, qızılca və digər peyvəndlərlə qarşısı alına bilən xəstəliklərə nəzarəti bərpa etmək üçün kompleks və multifaktorial yanaşma lazımdır. Səhiyyə müəssisələrinə ictimai etimadın bərpası əsas prioritet olaraq qalır və şəffaf, həssas və ardıcıl ünsiyyət tələb edir. Peyvənd təhlükəsizliyi və qarşısı alına bilən xəstəliklərin ciddi fəsadları barədə mütəmadi olaraq tibbi maarifləndirmənin vacibliyini vurğulayan Dr. Sidharta texnoloji yeniliklər həmçinin iynə əsaslı çatdırılma sistemləri ilə bağlı maneələri aradan qaldırmağı təklif edir.
Qızılcanın yüksək yoluxucu təbiətini nəzərə alaraq, xəstəliklərlə effektiv mübarizəyə nəzarəti yaxşılaşdırmaq, sağlamlığın qorunması üçün immunizasiya proqramlarının vacibliyini əhaliyə çatdırmaq qlobal səhiyyə qurumlarının əsas prioriteti olmalıdır deyə, fəlsəfə doktoru vurğulayır.
Saglamolun.Az