QLOBAL ARAŞDIRMA
Aparılan qlobal araşdırmalar göstərib ki, kişilər qadınlara nisbətən daha az yaşayır. Bu fərqin səbəbləri bioloji, davranış və sosial amillərlə əlaqəlidir. “PLOS Medicine” jurnalında dərc olunan yeni araşdırma kişi və qadınlar arasında mövcud olan fərqləri müəyyən edib. Alimlərin fikrincə, cinsiyyət (bioloji fərqlər) və gender (sosial və mədəni rol fərqləri) sağlamlıq nəticələrinə əhəmiyyətli təsir göstərir.
Aparılan yeni beynəlxalq tədqiqat 204 ölkənin məlumatlarını təhlil edərək, kişilərin qadınlara nisbətən daha yüksək xəstəlik yayılması və ölüm səviyyəsinə malik olduğunu üzə çıxarıb. Kişilər həmçinin tibbi yardım üçün həkimə müraciət etmir və müalicəyə uyğun davranmır. Onların immun sistemi qadınlara nisbətən zəifdir, bu da kişiləri infeksiyalara və xəstəliklərə daha həssas edir. Bundan əlavə, güclü cinsin nümayəndələrinin daha çox zərərli vərdişləri olur. Bu cür davranışlar isə qəza və travma riskini artırır.
Alimlərin fikrincə, kişilərin daha uzun yaşamağı üçün onlara sağlam həyat tərzini təşviq etmək, riskli davranışları azaltmaq və sağlamlıq xidmətlərinə əlçatanlığı artırmaq vacibdir. Cəmiyyətin kişilərin emosional və psixoloji ehtiyaclarını daha yaxşı başa düşməsi və dəstəkləməsi də çox əhəmiyyətlidir.
Saglamolun.Az