Süni alt paltarı bədənə tikiləcək

PLASTİK CƏRRAHİYYƏDƏ YENİ TREND

“Gizli büstqalter” adlanan, tibb sahəsində yeni və qeyri-adi estetik əməliyyat artıq bir çox qadının seçiminə çevrilib. Bu yenilik plastik cərrahiyyədə inqilabi bir addım kimi qiymətləndirilib.
Metodun mahiyyəti döş nahiyəsində dəri altına xüsusi torşəkilli materialın implantasiya edilməsindən ibarətdir. Bu material sinəni içəridən dəstəkləyərək onun formasını uzunmüddətli şəkildə qorumağa kömək edir. Əməliyyatda istifadə olunan materiallar adətən bioloji parçalanan polimerlərdən, insan və ya heyvan toxumaları əsasında hazırlanır.
Həkimlərin sözlərinə görə, bu cərrahi müdaxilə süd vəzi sallanmasının qarşısını alır və hətta yaşlılıqda belə sinə formasının dəyişməməsinə şərait yaradır. Nəticə olaraq, sinə uzun müddət daha dik və estetik görünür.

Saglamolun.Az