Ağlımızdan keçən fikirləri oxuyan cihaz icad edildi

KÖMƏKÇİ YOXSA, DÜŞMƏN?!

Ağlımızdan keçənləri oxuya bilən süni intellektlə çalışan aksesuar-cihaz icad olundu. Adı OMİ-dir. İstehsalçı olan Based Hardware şirkəti bir qrup süni intellektin imkanlarını araşdıran amerikalı iş adamları tərəfindən yaradılıb.
OMİ-ni aksesuar kimi boyundan asmaq və ya tibbi yapışqanla beyin nahiyəsinə taxmaq olar. Quraşdırıldıqdan sonra o, fikirləri oxuyur və səsli demədən istifadəçilərin tapşçırıqlarını yerinə yetirir.
O, həmçinin ətrafdakı söhbətləri eşidə bilir, insanların kimliyini müəyyən edir. Bu cihazın xüsusilə yaddaş zəifliyi olan insanlara köməkçi olacağı bildirilir.
Omi işə başlamazdan əvvəl istifadəçilərin smartfonlarına qoşulur. Daha sonra onlar danışmadan, düşünərək cihaza əmr edir.
İstehsalçılardan biri olan Nik Şevçenko X-da yazdığı posda bildirib ki, onların məqsədi zehni tamamilə oxumaqdır. “Bu fantastik və iddialı səslənsə də, gələcəkdə insanların nə düşündüyünü bilmək ən böyük məqsədimizdir”, deyə OMİ istehsalçısı açıqlayıb.
Komanda cihazın ilk versiyanı 2025-ci ilin ikinci rübündə satışa çıxaracaq. Omi-nin qiyməti 152 manatdır.
Fikirlərimizin cihazlar tərəfindən oxunulma ehtimalına sizin fikriniz necədir?

Saglamolun.Az