DÖŞ XƏRÇƏNGİNƏ QARŞI BÜSTQALTER

HƏKİMƏ GETMƏDƏN DİAQNOZ QOYA BİLƏCƏKSİNİZ

 

Dünya şöhrətli alim, ürək üçün kardiostimulyatorun müəllifi türkiyəli fizik Canan Dağdeviren son ixtirası ilə elm dünyasının gündəminə gəlib.

Dağdeviren döş xərçəngini aşkar edən elektron büstqalter hazırlayıb.

Canan Dağdeviren Harvard Universitetində gənc akademiya üzvü seçilən ilk türk olub.

O, Forbes jurnalının “30 yaşa qədər 30 alim” siyahısına daxil edilib.

ABŞ-da yaşayan Canan Dağdeviren və komandasının istehsal etdiyi geyilə bilən ultrasəs skan cihazı döş xərçənginin diaqnozu üçün həyati əhəmiyyət kəsb edir.

Heç bir təcrübə tələb etməyən elektron büstqalter ultrasəs sensorları ilə xərçəng toxumalarını aşkar edə bilir.

Skanlama həkimə getmədən hər gün edilə bilər.

Dağdeviren, bu şəkildə gözdən qaçırıla biləcək halların dövri müayinə ilə tutula biləcəyini vurğulayıb.

“Bu cihazı bütün qadınlara ərmağan edirəm, siz tək deyilsiniz”, deyə türkiyəli alim vurğulayıb.

Saglamolun.Az