Böyük şairimizin yeganə oğlunu maşın vurdu

Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar avtomobil qəzasına uğrayıb.

Kult.az xəbər verir ki, bu barədə şair-yazıçı Sayman Aruz bildirib.

Onun sözlərinə görə, hadisə dünən axşam saat 23 radələrində Təbrizin "17 Şəhriver" küçəsində baş verib. H.Şəhriyar küçəni keçmək istəyərkən onu avtomobil vurub.

“Əlimizdə olan məlumata görə, Hadi Şəhriyar koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”, - S.Aruz qeyd edib.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...