Yüksək xolesterinin 7 simptomu

Xolesterin insan orqanizminin normal fəaliyyəti üçün ən vacib olan maddələrdəndir.

Xolesterin bütün hüceyrələrin membranlarına daxildir, xolesterin hormonların sintezində və mübadilə proseslərində iştirak edir, sinir toxumalarını əhatə edən qoruyucu qatı (miyelin qişası) əmələ gətirir və s.

Lakin orqanizmdə normadan artıq miqdarda olduqda xolesterin insanın qatı düşməninə çevrilir. Artıq xolesterin damarlarda yığılmağa balşayır ki, bu da damarların daralmasına, zəifləməsinə, tıxanmasına gətirib çıxardır. Bütün bunlar isə öz növbəsində ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbləridir.

Təəssüf ki, xolesterinin orqanizmdə normadan artıq olması bir çox hallarda özünü heç bir simptomla büruzə vermir və təsadüf nəticəsində aşkar olunur. Lakin bəzi simptomlar var ki, onlar xolesterinin yüksəlməsinə işarə edə bilər. Saglamolun.az sizə bu simptomları təqdim edir:

- Ürək nahiyyəsində ağrılar, sıxılma hissi.

- Hətta yüngül fiziki iş və ya qısamüddətli gəzintidən sonra ayaqlarda ağrılar və ağırlıq hissi.

- Göz qapaqlarında və gözlərin altında kiçik sarı piy şişlərinin əmələ gəlməsi (ən xarakterli simptom).

- Təzyiqin tez-tez qalxıb-düşməsi. 

- Zəiflik və yorğunluq, hətta səhər yuxudan oyandıqdan sonra.

- Saçların tez ağarması.

- Baş ağrıları, yaddaşın və diqqətin pozulması.

Əgər sizdə bu simptomların bir hissəsi varsa, mütləq qanda xolesterinin səviyyəsini yoxlayın.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu İş stajı - 9 il

Ətraflı...

 


Яндекс.Метрика