Загрузка...

Sevinc insanı öldürə bilərmi?

Uzunmüddətli stress, sarsıntı, kədər insan sağlamlığına çox mənfi təsir edir və ilk növbədə ürəyə "vurur".

Bəzən qəfildən pis xəbər eşidən (yaxınının ölümü, yaralanması və s.) insandan "ürəyim dağıldı", "ürəyim partladı" kimi sözlər eşitmək olur. Təəssüf ki, bəzən stress nəticəsində ürək həqiqətən "partlaya" bilər. Tibdə güclü ani stress nəticəsində ürəyin fəaliyyətinin pozulması xüsusi terminlə adlandırılır - "takotsubo sindromu".

Bu pozulma zamanı güclü stress nəticəsində ürəyin mədəciklərinin funksiyası kəskin pozulur ki, mədəciklər normal yığıla bilmir və insanda kəskin ürək çatışmazlığı inkişaf edir. Takosubo sindromunun simptomları infarkta bənzəyir. Lakin infarktdan fərqli olaraq bu zaman ürək damarlarının keçiriciliyi pozulmur.

Takosubo sindromu insanın ani ölümünə səbəb ola bilər.

Statistika göstərir ki, takotsubo sindromu daha tez-tez yaşlı insanlarda, xüsusilə yaşlı qadınlarda inkişaf edir.

Maraqlıdır ki, pozulma tək mənfi emosiyalar (həyat yoldaşının ölümü, yas, ağır xəstəliyə tutulmaq və s.) nəticəsində deyil, müsbət emosiyalar nəticəsində də inkişaf edir.

Bu səbəbdən mütəxəssislər yaşlı insanları həm mənfi, həm müsbət emosiyalardan mümkün qədər qorumağı tövsiyə edirlər.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика