Загрузка...

Pnevmoniya

Ümumiyyətlə, tənəffüs sistemi üzvləri, həmçinin onlardan biri olan ağ ciyərlər infeksion xəstəliklərə qarşı çox zəifdirlər.

Yuxarı tənəffüs yollarına (burun-udlaq, qırtlaq, traxeya) düşən viruslar və mikroblar onların iltihablaşmasına səbəb ola bilərlər.

Müəyyən şəraitdə - immunitetin zəifləməsi, mikrobların yüksək aktivliyə malik olması və s. bu kimi hallarda iltihabi proses yuxarı tənəffüs yollarından aşağıya da yayıla bilər. Bəzi hallarda proses bronxların selikli qişasının iltihablaşması ilə başa çatır, bir çox hallarda isə proses bununla məhdudlaşmayaraq daha da ağırlaşır, ağ ciyərin öz toxumasını da zədələyərək pnevmoniyaya səbəb olur. Bu isə kifayət qədər ağır və əfsuslar olsun ki, yayılmış xəstəlikdir.

Pnevmoniya, adədən, öz-özünə əmələ gəlmir. Xəstəlik, adətən, tənəffüs yollarının hər hansı bir digər xəstəliklərinin (faringit, laringit, bronxit, kəskin respirator virus infeksiyası, qripp) fəsadı kimi inkişaf edir.

Aşağıda qeyd edilən əlamətlər özünüzdə və ya yaxınlarınızda ağ ciyərlərin iltihabının baş verməsinə şübhə yaratmalıdır:

1. Öskürək - xəstəliyin əsas əlaməti olub;

2. Soyuqdəymə zamanı xəstənin ümumi vəziyyətinin müvəqqəti yaxşılaşmasından sonra onun vəziyyətinin yenidən pisləşməsi və ya 7 gündən artıq davam edən istənilən “soyuqdəymə xəstəliyi”;

3. Dərindən nəfəs almanın mümkün olmaması – hər bir belə cəhd öskürək tutmasının baş verməsinə səbəb olur;

4. Kəskin virus infeksiyasının digər əlamətləri fonunda (hərarət, zökəm, öskürək) dəri örtüyünün avazıması;

5. Temperaturun yüksək olmadığı halda təngnəfəsliyin baş verməsi;

6. Hərarəti aşağı salan dərman preparatlarının bədəndə olan yüksək temperaturu aşağı sala bilməməsi;

7. Temperaturun bir neçə gün ərzində “saxlanması”;

Pnevmoniyanın ilkin əlamətləri qeyd edilən kimi, tez bir zamanda həkimə müraciət edərək müvafiq müayinələrdən keçmək lazımdır! Xəstəliyə diqqətsiz yanaşaraq onun ağırlaşmasına imkan verməyin! Bu çox təhlükəlidir!

Pnevmoniyanın risk faktorları:

- yaş faktoru. Uşaqlar və yaşlı adamlar xəstəliyə daha çox məruz qalırlar;
- siqaret çəkilməsi;
- ağ ciyərlərin xroniki xəstəlikləri (məsələn, xroniki bronxit);
- müxtəlif xəstəliklər, streslər, natamam qidalanma və s. səbəblərdən immunitetin zəifləməsi;
- bədənin tez-tez soyuması;

- quşlarla, heyvanlarla tez-tez təmasda olmaq.


Saglamolun.Az

.
loading...
.

Şərhlər  

#1 sevil 05.07.2012 14:29
salam hekim.pnevmaniy a xesteliyine bir nece elac deyerdiniz.evve lceden tesekkurler.
#2 Administrator 06.07.2012 11:51
Hörmətli oxucumuz!
Pnevmoniyanı ağır bir xəstəlikdir və onu yalnız həkim düzgün və keyfiyyətli müalicə edə bilər. Heç bir halda özü-özünü müalicə ilə məşğul olmayın. Bu ağır fəsadlara gətirib çıxara bilər.
Allah şəfa versin!

loading...
.

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика