Koronavirusu bu dərmanla müalicə edirlər

Hal hazırda koronavirusun müalicəsi üçün heç bir xüsusi dərman preparatı yoxdur. Koronavirus yeni virus olmasa da indiki pandemiyanın səbəbi koronavirusun yeni ştammıdır (növü).

Bu ştamm hələ az öyrənilib və bu səbəbdən ona qarşı dərman və ya vaksin yoxdur.

Belə vəziyyətdə həkimlər koronavirusun yüngül simptomlarında parasetamol və ya ibuprofendən istifadə etməyi tövsiyə edirlər. Bu preparatlar koronavirusa xas olan yüksək qızdırmanı salır, ibuprofen müəyyən iltihab əleyhinə təsir edir. Daha sonra orqanizm virusla özü mübarizə aparır. Bunun üçün bizim bədənimizin təbii müdafiəçisi olan immun sistemimiz var.

Xəstəlik ağırlaşarsa, insanda boğulma, təngnəfəslik kimi simptomlar əmələ gələrsə, müalicə yalnız xəstəxana şəraitində aparılır. Ağciyərin funksiyaları pozulduqda xəstəyə oskigen verilə bilər, ən ağır hallarda xəstə süni tənəffüs aparatına qoşulur.

Saglamolun.az bildirir ki, Moskvanın 40 N-li şəhər kliniki xəstəxanasının baş həkimi Denis Prosenko müsahibədə Rusiyada koronavirusun müalicəsi üçün istifadə olunan dərmanın adını açıqlayıb. Bu “Kaletra”dır. Kaletra yeni dərman deyil. Bu antiretrovis preparatıdır. Onun köməyi ilə QİÇS və hepatit C müalicə olunur.

Prosenko qeyd edib ki, bu preparat ilk dəfə Çində koronavirusun müalicəsi üçün istifadə olunub. “Çində epidemiya zamanı eksperiment məqsədlərlə müxtəlif virus əleyhinə preparatlar sınaqdan keçirilirdi. Kaletra ən yaxşı nəticə verib”, - həkim bildirib.

Saglamolun.Az