Şokoladlı çərəzli qəlyanaltı

Həm ləzzətli, həm də sağlam olan bu tünd şokoladlı qəlyanaltıların hazırlanması olduqca sadədir.

Lazım olan məhsullar:

- Tünd şokolad - 250 qr

- Zövqünüzə görə quru meyvələr, fındıq və günəbaxan tumu

Hazırlanması:

- Tünd şokoladları əridin.

- Bir siniyə yağlı kağız qoyun. Qaşıqla əriyən şokoladlardan götürüb kiçik dairələr şəklində kağıza tökün. Ovuc içindən böyük olmaması şərtilə ölçülərini özünüz təyin edə bilərsiniz.

- Yaranmış dairələrin üzərinə quru meyvələri, fındığı və günəbaxan tumunu səpərək yerləşdirin.

- Şokoladları otaq temperaturunda saxladıqdan sonra soyuducuya qoyun və bir müddət saxlayın. Beləliklə, ləzzətli qəlyanaltılar hazırdır.

Nuş olsun!

Saglamolun.Az