Şokoladlı balqabaq maffinləri

Bu kekslər kalorili olsa da, vitaminlərlə və şokolad ləzzəti ilə boldur.

Lazım olan məhsullar:

- Balqabaq püresi - 420 qr.

- Ağcaqayın siropu  - 1/2 stəkan

- Zeytun yağı - 1/2 stəkan

- Alma sirkəsi - 1/2 stəkan

- Kokos südü - 1/2 stəkan

- Yumurta - 1 ədəd

- Un - 3 stəkan

- Qabartma tozu - 2 çay qaşığı

- Soda - 1 çay qaşığı

- Duz, darçın - hərəsindən 1 çay qaşığı

- Zəncəfil, mixək, muskat qozu - hərəsindən  1/4 çay qaşığı

- Şokolad parçaları və ya qurudulmuş quşüzümü - 1/2 stəkan

Hazırlanma qaydası:

- Lazım olan məhsulları hazırlayın.

- Balqabaq püresini, kokos südünü və ağcaqayın siropunu bir qaba tökün.

- Alma püresi, zeytun yağı, yumurta və vanil əlavə edin. Tam qarışana qədər çırpıcı ilə çalın.

- Ayrı qabda quru məhsullar olan un, duz, qabartma tozu, soda və ədviyyatları – zəncəfil, darçın, mixək və muskat qozunu qarışdırın.

- Sonra bütün məhsulları qarışdırın. Xəmir qatı smetan konsistensiyasında olacaq.

- Sonra şokolad parçalarını əlavə edin və qarışdırın.

- Keks üçün formaları alınan kütlə ilə doldurun və sobada 180 ⁰C temperaturda 25-30 dəqiqə ərzində bişirin.

Saglamolun.Az