Bu piroq çox asan hazırlanır. Piroq çox yüngüldür.
Lazım olan məhsullar:
- alma - 3-4 dənə (ən yaxşı seçim "antonovka" sortu)
- yumurta - 4 dənə
- un - 1 stəkan
- şəkər tozu - 1/2 stəkan
- qabartma tozu - 1 çay qaşığı
- darçın - 1/2 çay qaşığı
- vanilin - 1 paket
Hazırlanma:
- Almaları soyun və dilimlər şəklində doğrayın.
- Yumurtanı mikserlə yaxşı çalın və çala-çala qaşıqlarla şəkər tozu və bir çimdik duz əlavə edin. Şəkər tozu tam həll olunmalıdır, yumurta kütləsi isə ən azı 2 dəfə çoxalmalıdır.
- Ələnmiş unu qabartma tozu ilə qarışdırın. Daha sonra unu və vanilini yumurta kütləsinə əlavə edin və çox ehtiyatla qarışdırın (çox qarışdırmaq olmaz!). Xəmir kifayət qədər duru alınmalıdır.
- Tavaya kərə yağı çəkin və bir qədər un səpin.
- Doğranmış almanı tavanın içinə düzün, uzərinə darçın səpin.
- Almanın üzərinə ehtiyatla xəmir tökün.
- Piroq 35-40 dəqiqə ərzində əvvəlcədən 180-1900 C kimi qızdırılmış sobada bişirilir. Bişirilmə zamanı sobanı açmayın!
Saglamolun.Az