Bunu edin, 10 il cavanlaşın

Daimi idmanla məşğul olmaq insanı 10 il cavanlaşdırır və beyin funksiyalarını yaxşılaşdırır.

Yeni tədqiqatlara görə, aerobika üzrə məşqlər böyüklərdə beynin boz maddəsinin miqdarını artırır.

Alimlər qeyd edirlər ki, hətta pilləkənlə qalxmaq belə, bilik və yaddaş funksiyalarına müsbət təsir göstərir. Eyni zamanda, bu hərəkətlərin yaşınıza uyğun olaraq, fiziki fəaliyyətinizə də müsbət təsirləri olacaq.

E-tibb.az-a bildirir ki, 40 yaşlı insanlar 10, 60 yaşlılar isə 20 yaş gəncləşir. Qeyd edək ki, 20 yaşdan 67 yaşa qədər olan 132 insan arasında tədqiqatlar aparılıb. Məlum olub ki, ən çox effekt verən aerobika ilə məşğul olmaqdır. Bu, hətta əzələlərin işlədilməsindən belə yaxşı nəticə verir.

Bu araşdırmanın müəllifi, Kolumbiya Universitetinin Tibb Mərkəzinin professoru Yaakov Stern qeyd edir ki, aerobik çalışmalarla heç bir dərman qəbul etmədən beynin qocalmasını ləngitmək və demensiyanın (ağıl, yaddaş zəifləməsi) qarşısını almaq olar.

Araşdırmaların nəticələri məşhur "Neurology" jurnalında çap edilib.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...