Saçları bərpa edən MÖHTƏŞƏM MASKA

Bu maska saçları bərpa edir, kökləri möhkəmləndirir, saçların xarici görünüşünü xeyli yaxşılaşdırır, saçların uzanmasını stimullaşdırır.

Saglamolun.az sizə saçlar üçün ən effektli maskalardan birini təqdim edir:

Maskanın tərkibi:

- 1 x.q. üyüdülmüş darçın

- 1 ç.q. bal

- 1 yumurta

- 2 x.q. ayıpəncəsi yağı

Bütün inqrediyentləri yaxşı qarışdırın. Maskanı su hamamında bir az (!) qızdırın, saçlarınıza çəkin (xüsusilə köklərə fikir verin!).

Başınıza duş üçün papaq taxın, üzərini dəsmala bağlayın.

Maskanı 1 saat ərzində saxlayın, sonra saçınızı yaxşı yuyun.    

Saglamolun.Az