AĞRILI ZOB nədir? Simptomlar

Qalxanabənzər vəzin iltihabı xəstəliyi olan ağrılı tiroidit yarım kəskin (subakut) tiroidit, De Quervain tiroiditi və ya digər bir deyişlə granulomatoz, nəhəng hüceyrəli tiroiditi kimi də adlanır.

Xəstəliyin ən tipik əlamətləri: boyunda qalxanabənzər vəzi bölgəsində şiddətli ağrı, yüksək həssaslıq və sərtlikdir.

Ağrı ümumiyyətlə boyunun bir tərəfindən başlayır, daha sonra digər tərəflərinə yayılsa da, bir tərəfdə daha güclü olur. Bəzən də bir tərəfdə ağrı azalarkən, boyunun digər tərəfində davam edə bilər.

Ağrılı zob (subakut tiroidit) zamanı ağrı çox şiddətli olur və adətən, çənəyə, dişlərə, qulağa yayılır. Udqunma, öskürək, baş hərəkətləri, əllə toxunmaq, geyim təması ağrını artıra bilir. Ağrı səbəbindən udma çətinliyi, səs batması müşahidə oluna bilər.

Xəstələrin bir hissəsində, ağrının inkişafından günlər və ya həftələr əvvəl keçirilmiş üst tənəffüs yollarının virus iltihabı olub.

Xəstələrin çoxunda halsızlıq, iştahsızlıq, sümük, oynaq və əzələ ağrıları, üşümə, titrəmə və hərarətin yüksəlməsi kimi əlamətlər olur.

Xəstəliyin gedişi əsnasında qanda tiroid hormonlarının səviyyəsi qalxır ki, bu  səbəbdən müvəqqəti hipertireoid əlamətləri görülür.

Ağrılı zob adətən üst tənəffüs yollarının iltihabi xəstəliyi ilə qarışıdırılır və xəstəyə antibiotiklər təyin edilir. Antibiotik müalicəsinin faydası olmur və ağrı və digər simptomlar keçmir.

Ağrılı zoba (subakut tiroidit) qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir.

Düzgün müalicədən sonra tiroid vəzi özünün funksiyasını bir müddət sonra bərpa edir, lakin 5-10% hallarda vəzidə hipofunksiya əmələ gəlir və vəzidə baş verən hormon əskikliyi (hipotiroid) qalıcı ola bilər.

Tiroid hormonunun əskikliyi nəticəsində xəstədə halsızlıq, yorğunluq, kilo alma, dəri quruluğu, üşümə, qəbizlik, unutqanlıq kimi əlamətlər meydana çıxa bilər.

Subakut tiroiditdə (De Quervain Tiroditi) laboratoriya testləri necədir?

Bu vəziyyətdə qanda sedimentasiya yüksəkliyi çox tipiktir. Xəstələrin əksəriyyətində sedimentasiya dəyəri 50-100 mm/saat civarıdır. Leykosit (WBC) və CRP də yüngül yüksəklik izlənə bilər. Qanda tiroid hormonlarının (sərbəst T3, sərbəst T4) səviyyələri yüksək, TSH səviyyəsi isə aşağı olaraq müəyyən olunur, eləcə də tiroqlobulinin səviyyəsi yüksək ola bilər.

Fuad Əliyev,

Tiroidoloq (zob xəstəlikləri)

Tel.: (050) 319 33 83

 

 .


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика