Fuad Əliyev

Tiroidoloq (zob xəstəlikləri)

İş stajı - 10 il

Təhsil:

- 2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.

- 2008-2009-ci illərdə Türkiyə Respublikası Ankara şəhərində Gazi Universitetinin Nüvə Təbabəti (Nukleer Tıp) bölməsində "fellowship" proqramı üzrə təhsil almışdır.

- 2010-cu ildə İstanbul Universitetinin Cerrahpaşa Tibb fakültəsinin Nüvə Təbabəti bölməsində Süd Vəzi xərçəngləri zamanı, aksillar sentinel (nöbətçi) limfa düyünün radionuklid diaqnostikası üsulu ilə təyini (xəritələnməsi) və düyünlü urlar (düyünlü zob) zamanı incə iynə aspirasion biopsiyasının (İİAB)  diaqnostik dəyərinin öyrənilməsi üzrə təhsil almışdır.

İştirak etdiyi kurslar, konfranslar və s.

- Beynəlxalq Atom Enerjisi Təşkilatının tərkibində və ayrı-ayrı ölkələrdə (Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Çexiya, Fransa, İsveç, İspaniya, İtaliya, Litva, Macarıstan, Rusiya,Türkiyə, Ukrayna və s.) təşkil etdiyi kurslarda və elmi konfranslarda iştirak etmişdir.

Çalışdığı tibb müəssisələri:

- 2009-cu ildə Milli Onkologiya Mərkəzində Nüvə Təbabəti şöbəsində işə başlamışdır.

- 2014-2017-ci illər ərzində MOM-un Nüvə Təbabəti diaqnostikası şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

- Hal hazırda Oksigen Klinik Xəstəxanasıda çalışır.

Nəaliyyətləri:

- Dr. Fuad Əliyev Azərbaycanda ilk dəfə olaraq (2010-cu ildən) Qalxanabənzər Vəzin düyünlü formalarının (düyünlü zob) incə iynə aspirasion biopsiyasını (İİAB) rutin bir müayinə kimi başlamış və yaymışdır. Hal hazırda 10.000-dən çox biopsiya edən yeganə həkimdir.

- Dr. Fuad Əliyev Azərbaycanda ilk dəfə olaraq zəhərli zobların cərrahi əməliyyat olunmadan radioaktiv yod-131 izotopu ilə tam və birdəfəlik müalicəsini tətbiq etmiş və ölkədə yaymışdır.

İxtisaslaşdığı tibbi sahə:

- Qalxanabənzər vəzi xəstəliklərinin (zob xəstəlikləri) müayinəsi və müalicəsi (zob UZİsi, biopsiya, radioaktiv yod müalicəsi, əməliyyatlar və s.)

- Hipotireoz, hipertireoz

- Düyünlü zob

- Autoimmun tiroidit

- Haşimoto zobu

- Qalxanabənzər vəzi xərçəngi

- Qreyvs (Graves) xəstəliyi və s.

Tel.: (050) 319 33 83

Veb səhifə:www.zobmerkezi.az

Facebook: Fuad Aliyev, Dr.Fuad Aliyev

İnstagram: zob_tireoid_xestelikleri

 

Saytda dərc olunan məqalələri:

-Qalxanabənzər vəzi xərçəngini aşkar edən ƏN DƏQİQ MÜAYİNƏ

- ZƏHƏRLİ ZOBUN əməliyyatsız və birdəfəlik müalicəsi MÜMKÜNDÜR

- AĞRILI ZOB nədir? Simptomlar

-Qalxanabənzər vəzi xərçəngini aşkar edən ƏN DƏQİQ MÜAYİNƏ


Saglamolun.Az

.
Загрузка...
.

Bölmənin digər məlumatları:

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Яндекс.Метрика