Загрузка...

Talassemiya

Bu anemiya növü əsasən Azərbaycanda, az-az hallarda isə Gürcüstanda, Tacikistanda, Özbəkistanda təsadüf edilir. Talassemiya - irsi xəstəlikdir.

Talassemiya zamanı qanın rəng göstəricisi aşağı enmiş olur. Qanda dəmirin miqdarı bu zaman ya norma daxilində, ya da artmış ola bilər.

Eritrositlər özlərində olan patologiya nəticəsində vaxtından qabaq parçalanırlar. Bu anemiya zamanı bir çox hallarda bilirubinin (zülal) qanda miqdarı yüksəlmiş, dalaq isə böyümüş olur. Talassemiyanın əlamətlərindən biri də qanda nişangahvari (formaca nişangaha bənzədiyi üçün) eritrositlərin olmasıdır.

Talassemiya uşaqda erkən olaraq təzahür etdiyi halda, o, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə (kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və s.) səbəb olur. Belə uşaqlarda bir qədər sarılıq qeyd edilir, onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.

Ağır talassemiya formalarında uşaqlar həyatlarının birinci ilində ölürlər. Orta ağır talassemiya halında uşaqlar yetkin yaşa qədər yaşaya bilirlər. Talassemiyanın bir qədər yüngül formasında qanın rəng göstəricisi aşağı olsa da, orqanların zədələnməsi baş vermir, dalaq isə bir qədər böyümüş olur.

Dəmirdefisitli anemiyada dəmir preparatlarının qəbul edilməsi qanın tərkibinin yaxşılaşmasına səbəb olurdusa, talassemiya zamanı dəmir preparatlarının qəbul edilməsi əksinə olaraq xəstə üçün zərərli təsirə malikdir.

Talassemiya müalicə olunmayan xəstəlikdir. Xəstə uşağın vəziyyətini ona qan köçürməklə yüngülləşdirmək olur. Talassemiyanın daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsindən ibarətdir.

Talassemiyanın ən ağır formalarına əksər hallarda bir-biri ilə qan qohumluğu olan nigahlarda təsadüf edilir. Ona görə də belə nigahlara yol verməmək məsləhət görülür. Bir-biri ilə yaxın qohum olan gənclər ailə qurmalarında təkid etdikləri halda isə, gələcəkdə ağır patologiyalı (məsələn, talassemiya) uşaqların doğulmaması üçün, onlar müvafiq tibbi müayinədən (həmçinin genetik) keçməlidirlər.


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#8 gunel 27.04.2013 19:52
bunu size kiminse demeyi vacib deyil. bunun ucun labaratoriya var. dawiyici hec vaxt analiz vermeden bunu bile bilmez.
#9 alo 11.11.2014 17:31
hekim salam 22yasim var mende dalaq 147x67 boyuyubdu....HB A-4.8% dir...talassami ya dasiyicisi oldugum bildirilir..ve men hansi tedbirleri gormeliyem??
#10 Administrator 12.11.2014 06:42
Hematoloqa müraciət edin.
Allah şəfa versin!

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика