Yeni MPOX ştamı aşkarlandı

SƏHİYYƏ RƏSMİLƏRİ XƏBƏRDARLIQ EDİR

Britaniyanın səhiyyə qurumu Health Security Agency (UKHSA) İngiltərədə yeni, rekombinant (yenigenetikləşmiş) mpox ştamını aşkar edib. Bu ştam Asiyadan qayıtmış bir səyahətçidə tapılıb — virusun genomunda əvvəllər tanınmış iki ştam — “clade Ib” və “clade IIb” — elementlərinin birləşdiyi müəyyən edilib.

Hazırda qurum və qlobal səhiyyə ekspertləri ştamanın yoluxuculuğu, xəstəliyin gedişi və yayılma qabiliyyəti üzərində tədqiqat aparır. Onlar bildirirlər ki, virusların mutasiya və rekombinasiya yolu ilə dəyişməsi normal prosesdir.

Mövcud mpox vaksininin xəstəliyin ağırlığını 75–80 % aralığında azaltması qeyd olunur; lakin yeni ştama qarşı vaksin effektivliyinə dair məlumat hələ yoxdur.

 

Saglamolun.Az