KİMYATERAPİYADAN 40 DƏFƏ DAHA EFFEKTİV
Xərçəngə qarşı kimyaterapiyadan 40 dəfə daha effektiv yeni dərman hazırlanıb.
Alimlər, Çin təbabətində istifadə edilən Himalay göbələyindən alınan birləşmə əsasında yeni preparat hazırlayıb. Kimyəvi modifikasiya sayəsində dərmanın xərçəng hüceyrələri ilə mübarizədə effektivliyi 40 dəfə artıb. Başlanğıc birləşmə iltihab və xərçəng əleyhinə xüsusiyyətlərə malik olan, lakin qan dövranında tez parçalanan və şiş toxumasına nüfuz etməkdə çətinlik çəkən kordisepindir. Bu isə göbələyin tərkibində olan təbii maddədir.
NuCana şirkətinin inkişaf etdirdiyi ProTide texnologiyası isə maddələrin molekuluna xüsusi kimyəvi qruplar əlavə edərək onların qalıcılığını artırır və hüceyrələrə, daşıyıcı zülallara ehtiyac olmadan, daha asan daxil olmasına şərait yaradır. Bu da maddələrin orqanizmə daha tez və təsirli şəkildə nüfuz etməsini təmin edir, xüsusilə də xərçəng müalicəsi kimi sahələrdə daha effektivdir.
Nəticədə, NUC-7738 adlı koridsepin, ilkin maddə ilə müqayisədə 40 dəfə daha effektiv olub və yan təsirləri azaldıb. Hazırda bu dərman xərçəng xəstələrində sınaqdan keçirilir.
Saglamolun.Az