ƏHİLYƏ XƏBƏRDARLIQ
COVİD virusundan sağalanlar göbələk infeksiyasına yoluxur.
Rusiyada həkimlər Covid virusundan sağalan, immuniteti zəif olan xəstələrdə, daxili orqanlara və bədən sistemlərini zədələyən “Candida Auris” adlı göbələk infeksiyasının inkişaf etdiyini bildirib. Mütəxəssislər infeksiyanın tez-tez və nəzarətsiz istifadə edilən antibiotiklər nəticəsində yarandığını deyib.
“Candida Auris” infeksiyası mədə-bağırsaq traktına, qan damarlarına, ağciyərlərə və beyin funksiyalarına mənfi təsir göstərir.
“Antibiotiklərin belə bir xüsusiyyəti var ki, qəbul edilən zaman bağırsaq florasını, insan mikroflorasını məhv edərək, göbələyin böyüməsinə səbəb olur. Müalicəsi son dərəcə çətindir. Sağaldıqda isə, kifayət qədər ciddi nevroloji problemlər yaranır”, deyə mütəxəssislər izah edib.
Qeyd edək ki, 2022-ci ildə isə ÜST “Candida Auris” infeksiyanı insan sağlamlığı üçün ən təhlükəli 25 patogen göbələk siyahısına daxil edib.
Saglamolun.Az