Uşağı necə bələmək lazımdır? - VIDEO

İlk 1-2 ay ərzində (xüsusilə uşaq qış aylarında doğulduqda) körpəni bələmək olar.

Hal hazırda həkimlər yenidoğulmuşları sıx bələmək qəti şəkildə tövsiyə etmirlər. Sıx bələmə körpənin bud-çanaq oynağının düzgün inkişafına və körpənin bağırsaqlarından yelin asan çıxmasına mane olur.

Körpənin paltarlarının tikişi bayır üzdən olmalıdır ki, tikişlər dərini zədələməsin. Körpəni düz səth üzərində geyindirin.

Körpəni əlavə olaraq qalın geyindirməyin və bələməyin. Bu körpədə bədən hərarətinin artmasına səbəb ola bilər.

 

Saglamolun.Az