Bu simptomlar uşaqlarda ÜRƏK XƏSTƏLİKLƏRİNƏ işarə edir

Təəssüf ki, ürək xəstəliklərinə tək böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Ağır ürək patologiyaları adətən doğuşdan dərhal sonar aşkar olunur.

Lakin bəzi pozulmalar müəyyən vaxta qədər gizli qala bilir. Valideynlər uşaqlarına qarşı daim diqqətli olmalı, uşaqların istənilən “qeyri-adiliyinə” fikir verməli və öz şübhələr və narahatçılığı pediatrla bölüşməlidir. Bu pozulmanı vaxtında aşkar etməyə və fasadların qarşısını almağa yardım edəcək.

Saglamolun.az oxucularını uşaqlarda ürək xəstəliklərinə işarə edən simptomları ilə tanış edir.

Südəmər uşaqlarda:

  • çəkinin zəif artması
  • dərinin göyümtül olması
  • tez yorulma (uşaq ananın döşünü zəif əmir, tez-tez fasilələr verir)
  • aktivliyin az olması
  • fiziki inkişafında ləngimə (həmyaşıdları ilə müqayisədə başını gec saxlayır, gec oturur və s.)
  • təngənəfəslik (nəfəsalmanın tez-tez və səthi olması)

Daha böyük uşaqlarda:

  • tez yorulma (uşaq oynayanda, qaçanda həmyaşıdları ilə müqayisədə daha tez yorulur)
  • ürək nahiyəsində istənilən diskomfort (agrı, narahatçılıq, yanma və s. )
  • burun-dodaq üçbucağının göyərməsi
  • dərinin ağarması
  • başgicəllənməsi
  • bayılma
  • təngənəfəslik
  • respirator xəstəliklə bağlı olmayan səbəbsiz öskürək
  • ayaqlarda şişkinlik.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...