Загрузка...

İnsult və infarktdan qaçmağın 4 YOLU

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2012-ci ildə infarkt və insultdan 17,5 mln insan ölüb. İldən ilə bu rəqəmlər yalnız artır.

Həmçinin mütəxəssislərin müşahidələrinə görə, vaxtından əvvəl infarkt və insultların sayı da dayanmadan artır. Alimlərin fikrinə görə, bu infarkt və insultların 80%-nin qarşısını almaq mümkündür. Bunun üçün yalnız 4 çox sadə qaydaya əməl etmək kifayətdir:

- Düzgün qidalanmaq. Ürək-damar sisteminin sağlamlığını qorumaq üçün insanın qidalanmasında çoxlu meyvə-tərəvəz, tam dənli taxıllar, balıq, paxlalar olmalıdır. Yağsız ət növlərinə üstünlük vermək, duz və  şəkəri məhdudlaşdırmaq, emal olunmuş ət (sosis və kolbasa) və marqarindən imtina etmək da çox vacibdir.

- Müntəzəm fiziki aktivlik. İnsult və infarktın profilaktikası üçün insan hər gün ən azı 1 saat ərzində fiziki aktivliklə (bədən tərbiyəsi, üzgüçülük, qaçış və s.) məşğul olmalıdır.

- Siqater çəkməkdən imtina etmək. Bu pis vərdiş infarkt və insultların riskini xeyli artırır.

- Arterial təzyiqə, qanda xolesterolun və şəkərin səviyyəsinə müntəzəm olaraq nəzarət etmək. Yüksək arterial təzyiq, xolesterol və şəkər infarkt və insultun əsas risk faktorlarıdır.

Nəzərə almaq lazımdır ki, arterial hipertoniya (yüksək təzyiq), şəkərli diabet və qanda xolesterolun artması bir çox hallarda simptomsuz olaraq inkişaf edir. Bu səbəbdən hətta sağlamlığında heç bir dəyişiklik hiss etməyən insan bu göstəricilərə vaxtaşırı olaraq nəzarət etməlidir.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика