Maska və respiratorlar. Hansı neçə saat qoruyur? – Ətraflı izah

Yəqin hal hazırda bütün dünyada ən çox maska və respiratorlar satılır. Bəs bu vasitələrdən hansı koronavirusdan daha yaxşı qoruyur?  

Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə bu haqda məlumat təqdim edir.

Tibbi maskalar

Ən zəif vasitədir. Sağlam insanı maska demək olar qorumur. Xəstə insanlar mütləq maska taxmalıdır ki, asqıranda və ya öskürəndə virusun yayılmasının qarşısı qismən də olsa alınsın.

Maskanı 2 saatdan çox taxmaq olmaz. Təxminən 2 saata qədər maska nəm olur və onun içində mikrob və viruslar sürətlə çoxlmağa başlayır ki, nəticədə maskanın özü artıq infeksiya mənbəyinə çevrilir.

Maskanı çıxardanda zibil qutusuna atın, əllərinizi ilıq su və sabunla yuyun və ya spirtli antiseptiklə yaxşı silin.

Respiratorlar

Respiratorlar müxtəlif olur. Klapanı olmayan respirator adi tibbi maska kimidir – sağlam insanı qorumur, tez nəm olur, 2 saatdan çox istifadə olunmur.

Klapanı olan respiratorlar daha etibarlıdır. Lakin onların da müxtəlif növləri var. Klapanlı respiratorlar təlimata uyğun istifadə olunur – 4 saatdan 8 saata qədər qoruyur, bəziləri dezinfeksiya olunub yenidən istifadə oluna bilir.  

Respiratorun üzərində onun növü qeyd olunur: FFP1, FFP2, FFP3. Əgər bu qeyd olunmazsa, respirator FFP1 sayılır.  

FFP1 respirator

Tibbi maskalardan daha yaxşıdır, lakin viruslardan tam qorumur. Üzdə kip oturmalıdır. Kişilər respiratoru taxdıqdan əvvəl üzünü qırxmalıdır. Əks halda respirator üzdə kip oturmayacaq və onun effektivliyi xeyli azalacaq.

Respiratoru 4-6 saat ərzində taxmaq olar.

FFP2 respirator

Viruslardan daha yaxşı qoruyur. Lakin xəstələrlə yaxın kontakda olan insanlar üçün (həkimlər, tibbi personal) tövsiyə edilmir. 6-8 saat ərzində istifadə oluna bilər.

FFP3 respirator

Respiratorlar arasında ən yaxşısı sayılır. Daha sonra əleyhqazlar və xüsusi maskalar gedir. ÜST bu respiratorları xəstələrlə kontaktda olan tibbi personal və həkimlərə taxmağı tövsiyə edir. 

6-8 saat ərzində taxmaq olar.

Həmçinin xəstə insanlarla təmasda olanlar tək maska deyil, qoruyucu eynək, əlcək taxmalıdır.

Saglamolun.Az