Böyük Britaniya alimləri koronavirusun müxtəlif səthlərdə neçə müddət ərzində yaşadığını açıqlayıblar.
Saglamolun.az bildirir ki, araşdırmanın nəticələri The New England Journal of Medicine jurnalında dərc olunub.
Belə ki, koronavirus alüminiumun üzərində 2-8 saata qədər yaşayır.
Tibbi əlçəklərin üzərində - 8 saat
Poladın üzərində - 48 saat
Ağıcdan olan səthlərin üzərində - 4 gün
Şüşənin üzərində - 4 gün
Kağızın üzərində - 5 gün
Plastikin üzərində - 5 gün.
Lakin onu da nəzərə almaq lazımdır ki, virus çox davamlı deyil. Koronavirus spirt və tərkibində xlor olan maddələrin təsirindən 30 saniyə ərzində istənilən səthdə məhv olur.
Saglamolun.Az