Şokoladda banan

Hazırlanması tez başa gələn və yüngül, dadlı desertin hazırlanma qaydasını təqdim edirik:

Lazım olan məhsullar:

- Banan - 2 ədəd

Şokolad – 50 qr. (südlü şokolad daha asan əriyir, ancaq tünd və acı şokolad daha dadlı olur. Tünd şokoladdan istifadə edirsinizsə, ona 1 xörək qaşığı qaymaq əlavə edə bilərsiniz)

- Kokos dənəcikləri - 1 paket

Hazırlanması:

Şokoladı əridin. Bananları təmizləyin və dilimlərə doğrayın. Kokosu boşqaba boşaldın. Banan dilimlərini çubuğa keçirin və hər tərəfini ərimiş şokolada, sonra kokosa batırın. Sonra boşqaba qoyun və hazır deserti şokoladın tam donması üçün 20-30 dəqiqə soyuducuda saxlayın. Desert hazırdır.

Nuş olsun!

Saglamolun.Az