Ləzzətli bubliklər

Uşaqlıq dövrünün ən dadlı, unudulmaz təamlarından olan bubliklərin hazırlanması çox sadədir.

Lazım olan quru və yaş məhsulları ayrı-ayrılıqda qarışdırın, sonra sərt xəmir yoğurun. Buna təxminən 5 dəqiqə vaxt lazım gələcək. Bubliklərin formalaşdırılması biraz yorucu olsa da, nəticə gözəl olacaq. Uşaqlar üçün yanında bir stəkan südlə içəcəkləri çox dadlı qida əldə edəcəksiniz.

Lazım olan məhsullar:

- Qatılaşdırılmış süd - 1 banka

- Yumurta - 2 ədəd

- Kərə yağı - 4 xörək qaşığı

- Vanil ekstraktı - 1 çay qaşığı

- Soda, duz – hərəsindən 1/4 çay qaşığı

- Un - 4 stəkan

Hazırlanması:

Böyük bir qabda qatılaşdırılmış süd, yumurta, yumşaldılmış kərə yağı və vanili çalın.

Başqa bir qabda un, soda və duzu qarışdırın. Digər kütləni yavaş-yavaş, tədricən xəmirə əlavə edin və eynicinsli kütlə alınana qədər qarışdırın. Xəmir çox qalın alınır.

Xəmiri kiçik hissələrə ayırın (3/4 xəmir qaşığı) , top şəklində yuvarlayın , nazik və ya qalın rulonlar şəklinə salın və dairə halına gətirərək uclarını birləşdirin.

Bişirilmə üçün kağız döşənmiş listə qoyun. Üzərinə südlə çalınmış yumurta çəkin.

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirin.

Saglamolun.Az