10 ən faydalı məhsullar siyahısı. EKSPERTLƏRİN RƏYİ

Britaniyalı ekspertlərı insanı sağlam və cavan saxlayan, ən faydalı məhsulların reytingini tərtib etdilər.

Bu reytingi sizə təqdim edirik.

1. Pomidor

Bu tərəvəz vitamin, minerallar, antioksidantlarla zəngindir. Bu maddələr orqanizm tərəfından çox asanlıqla mənimsənilir və orqanizmə real kömək edir - cavanlaşdırır, tonusunu artırır. Bir çox araşdırmalar pomidorun ürək-damar sisteminə çox faydalı olduğunu sübut edir. Pomidor şirəsi hipertoniya zamanı çox faydalıdır - təzyiqin tənzimlənməsinə kömək edir.

2. Yulaf yarması

Yulaf yarması qidalı liflər, sellüloz, B qrupu vitaminlərlə olduqca zəngindir. Yulaf yarması orqanizmi toksinlər, şlaklarlar, ağır metallar və s. ziyanlı maddələrdən təmizləyir.

3. Kivi

Bu meyvə A, C, E vitaminlərlə zəngindir. Kivinin toxumlarında Omeqa-3 yağlı turşular var. Kivi oynaqların vəziyyətinə çox müsbət təsir edir. Həkimlərin fikirinə görə, artrit və artroz xəstəlikləri olan insanlar həftədə ən azı 2 kivi yeməlidir.

4. Qara üzüm

Onun tərkibində bioflavonoidlər maddələri çoxdur. Bu maddələr orqanizmdə qocalma və dağılma prosesləri ləngidir, damarları tonusda saxlamağa kömək edir, tromblaşmanın qarşısını alır. Bu maddələr həmçinin orqanizmdə xərşəng hüceyrələrinin əmələ gəlməsinə mane olur.

5. Portağal

Bu sitrus meyvəsinin tərkibində çoxlu miqdarda C vitamini və həmçinin pektinlər var. C vitamini güclü antioksidantdır (qocalma proseslərini ləngidir), pektinlər isə orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır.

6. Brokkoli kələmi.

Bu kələm növü antioksidantlar, kalium və maqneziumla zəngindir. Bu çox yaxşı diyetik məhsuldur.

7. Avokado

Bu meyvənin tərkibində olan xüsusi maddələr qan damarlarının vəziyyətinə çox yaxşı təsir edir. Həmçinin avokado şəkərli diabetdən əziyyət çəkən insanlar üçün çox faydalıdır - qanda şəkərin səviyyəsini tənzimləyir.

8. Vəzəri

Belə hesab olunur ki, bu göyərtidə yod, A və C vitaminləri digər göyərtilərlə müqayisədə daha çoxdur.

9. Sarımsaq

Sarımsağın tərkibində olan "allisin" maddəsi arterial təzyiqini aşağı salır. Həmçinin sarımsaq qan damarları üçün çox faydalıdır. Sarımsaq bakteriya, virus, qurd əleyhinə təsirə malikdir.

10. Zeytun yağı

Bu yağ bütün dünyada ən faydalı yağ kimi qəbul olunur. Zeytun yağı antioksidantlar və E vitamini ilə zəngindir.

Saglamolun.Az

............




Загрузка...
loading...

 

 

Stopdiar - İshal əleyhinə
Загрузка...

HƏKİMLƏR

Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

 


Яндекс.Метрика