Yemək və arıqlamaq üçün 5 sadə qayda

Arzuladığınız səhər yeməyinin resepti

İspaniyalı alimlər arzuladığınız ideal səhər yeməyinin reseptini hazırlayıb. Bu səhər yeməyi arıqlamağa və sağlam qalmağa kömək edir.
Araşdırmalara görə, gün ərzində bu yeməkdən alınan kalorilərin 20-30%-i, xolesterin səviyyəsi, arterial təzyiq, bədən çəkisi və şəkərli diabet riski kimi əsas sağlamlıq göstəricilərinə təsir göstərir. 3 il ərzində endokrinoloqlar, fizioloqlar, dietoloqlar və psixoloqlar 55-75 yaş arası 383 iştirakçı üzərində müşahidə aparıb. Nəticədə, balanslı səhər yeməyi, belin nazik qalmasına, çəkinin nəzarətdə saxlanmasına və böyrəklərin işinin yaxşılaşmasına kömək edir. Həmçinin, səhər yeməyinin tövsiyə olunan kalori miqdarlarının statistik göstəriciləri də qeyd olunub. Kişilər üçün — 480-840 kcal, qadınlar üçün — 360-660 kcal.
Alimlər səhər yeməyini oyanandan 30 dəqiqə sonra etməyi tövsiyyə edir. Gecə yuxusundan sonra, səhər acqarına 1 stəkan su içmək, mədə fəaliyyətini stimullaşdırmağa kömək edir. Daha sonra səhər yeməyində 15-25 qram zülal, yəni ət, balıq, yumurta, qatıq, ya da kəsmik olmalıdır. Əlavə olaraq kəpək, taxıllar, qurudulmuş meyvələr kimi liflə zəngin qidalar əlavə etmək, toxluq hissi yaradır və arıqlamağa kömək edir. Ən əsası isə şəkər yerinə bal və ya meyvələrdən istifadə edin.”
Alimlər həmçimim səhər 1 fincan qəhvə içməyin faydalı olduğunu da vurğulayıb. Çünki kofein metabolizmanı sürətləndirir və bədəni aktivləşdirir.

Saglamolun.Az