Ev şəraitində ANTİSEPTİK SPREY hazırlayın. Ucuz və effektli VİRUS əleyhinə vasitə

Koronavirusuna yoluxmanın qarşısını almaq üçün ilk növbədə əlləri tez-tez sabun və su ilə yumaq lazımdır. Lakin bəzi hallarda əlləri yumaq mümkün olmur və bu zaman köməyimizə antiseptik spreylər gəlir.

Belə spreyi asanlıqla ev şəraitində hazırlamaq olar. Saglamolun.az Rusiya KİV-lərinə istinadla antiseptik spreyin ev şəraitində hazırlanmasının qaydasını oxucularına təqdim edir.

Bunun üçün bizə lazım olacaq 100 ml tibbi spirt və ya çobanyastığı, kalendulanın spirtli məhlulu (apteklərdə hazır satılır), 1 ç.q. qliserin (apteklərdə satılır), 10 damcı istənilən efir yağı (nanə, portağal, qreypfrut və s.).

Spirt dezinfeksiya edir, qliserin dərinin qurumasının qarşısını alır, efir yağı isə həm dezinfeksiya edir, həm də spirtin iyini azaldır.

Hamısı qarışdırılır, kişik şüşə və ya plastik qaba tökülür. Bu spreyi evdən çıxanda özünüzlə götürün və nəqliyyat, market və s. bu kimi ictimai yerlərdən çıxanda və digər lazım olan hallarda əllərinizi dezinfeksiya edin.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...