Загрузка...

Bişirdikdən əvvəl əti və toyuğu yumaq lazımdırmı?

Mütəxəssislərin fikrinə görə, ətin üzərində görünən çirk yoxdursa, əti yumaq nəinki lazım deyil, hətta ziyanlıdır.

Su mikrobların azalmasına səbəb olmur və əksinə mikroblar  su damcıları ilə ətrafa yayılır.

Bişirilmə zamanı ətdə olan bütün mikroblar onsuz da məhv olur. Təbii ki, söhbət yaxşı bişmiş və ya qızardılmış ətdən gedir.

Aşbazlar da bişirdikdən əvvəl əti yumağı tövsiyə etmirlər ki, bu hazır qidanın dadını pisləşdirir.

Toyuğa gəldikdə isə toyuğu bişirdikdən əvvəl yumaq daha da ziyanlı sayılır. Məsələ burasındadır ki, çiy toyuqda çox təhlükəli Campylobacter jejuni bakteriyalar olur. Toyuğu yuyanda bu bakteriyalar ətrafa yayılır.

Yaxşı yuyulmamış əllərdən, mətbəxt ləvazimatlardan bakteriyalar insan orqanizminə düşə bilər ki, bu nadir immun xəstəliyi olan Giyen-Barre sindromunun inkişafına gətirib çıxarda bilər. Bu sindrom zamanı periferik sinirlər zədələnir və insanda kəskin sinir-əzələ iflici inkişf edir. Sindrom istənilən yaşda olan insanlarda inkişaf edə bilər. Ağır hallarda sindrom insanın tam iflicinə səbəb olur.

Bu səbəbdən ekspertlər toyuğu yumamağı, sadəcə dərisini soymağı və görünən piyi kəsib atmağı tövsiyə edir. Toyuğu təmizlədikdən sonra əllərinizi axar suyun altında sabunla yaxşı yuyun.  

Ekspertlər toyuğu yüksək temperaturda yaxşı bişirməyi və ya qızartmağı, heç zaman yarıçiy halda yeməməyi tövsiyə edirlər.

Alimlər toyuğu mikrodalğalı sobada bişirməyi tövsiyə etmirlər, bu halda bakteriyaların sağ qalma ehtimalı çox olur.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /218

Яндекс.Метрика