Загрузка...

Rezus-faktorun irsən keçməsi

Hamiləlik zamanı rezus mənfi (rh-) ana və rezus-müsbət dölün (Rh+) arasında rezus-konflikt yarana bilər.

Lazım olan tədbirlər görünmədikdə, belə konflikt ağır fəsadlar verə bilər və hətta uşağın həlak olması ilə nəticələnə bilər.

Bu səbəbdən gələcək ana və ata hamiləliyin planlaşdırılması mərhələsində öz qan qruplarını təyin etməlidirlər.

 

 

 

 

 

Rezus-faktorun irsən keçməsi necə baş verir?

Ananın rezus faktoru

Atanın rezus faktoru

Uşağın rezus faktoru

Rezus konflikt

Rh+

Rh+

Rh+ (75%) və ya rh- (25%)

mümkün deyil

Rh+

rh-

Rh+ (50%) və ya rh- (50%)

mümkün deyil

rh-

Rh+

Rh+ (50%) və ya rh- (50%)

mümkündür (50%)

rh-

rh-

rh- (100%)

mümkün deyil

Nəzərinizə çatdıraq ki, hətta valideynlərin hər birinin qanı rezus-müsbət (Rh+) olduqda, ailədə rezus-mənfi (rh-) uşaq doğula bilər. Lakin bu halda rezus-konflikt yaranmır.

Bundan əlavə ananın qanının rezus-faktoru mənfi (rh-), atanın isə müsbət (Rh+) olduqda, bu heç də o demək deyil ki, uşağın qanı mütləq rezus-müsbət (Rh+) olacaq və rezus-konflikt yaranacaq. Uşağın qanı bu halda rezus-mənfi (rh-) da ola bilər və bu vəziyyətdə rezus-konflikt inkişaf etməyəcək.

Ananın qanı rezus-müsbət, uşağın isə rezus-mənfi olduqda rezus-konflikt yaranmır.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#15 arzu 28.11.2013 08:35
salam, men -1, yoldasim ise+1 qan qrupudur. birinci dogusdan sonra imunoqlabin vurulub mene. ikinci hamileliyim, dogus da normal kecib. antitela hec vaxt ne birinci, ne de ikinci hamileliyimde cixmayib. ancaq ikinci dogusdan sonra iyne vurdurmamisam. ucuncu hamilelik boyunca bu iyne vurula bilermi, yoxsa artiq gecikmisem? cavaba gore de onceden tesekkiurler.
#16 Administrator 28.11.2013 18:13
Hörmətli Arzu xanım!
Hamiləlik zamanı müəyyən fasilələrlə qanda anticisimlərin səviyyəsi yoxlanmalıdır. Lazım olduqda həkim müalicə təyin edəcək.
Allah köməyiniz olsun!

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика