Öz sağlamlığınıza qarşı laqeyd olmayın!

İnsanların əksəriyyəti, xüsusən də cavanlar, özlərini arterial təzyiqi (AT) ilə maraqlanmır. Tez-tez baş verən baş ağrıları, qulaqlarda küyün olması, ürək nahiyəsində olan arabir sancmalar isə yorğunluğun nəticəsi kimi qəbul edilir.

Əslində isə, arterial təzyiqin yüksəlməsi nəinki hipertoniya xəstəliyinə, həmçinin miokardın infarktına, insulta və ürək çatmazlığına da səbəb olur.

Buna görə də 30 yaşından etibarən, arterial təzyiqin artmasını vaxtında aşkar etmək üçün müntəzəm olaraq onu ölçmək lazımdır.

Arterial təzyiqin 140/90 mm.civ.süt.-dan az olması normal hesab olunur. Gün ərzində arterial təzyiq 10 mm.civ.süt.-dan çox artmış olarsa, ehtiyatlı olmaq lazımdır – bu hipertoniyanın ilk əlamətlərindən biridir. Normadan kənara çıxma halı baş verən kimi, mütləq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə, 30 yaşından sonra heç olmasa ildə 1 dəfə kardioloqa müraciət etmək vacib hesab olunur.

Arterial təzyiqdən savayı, periodik olaraq qanda xolesterinin (lipidlərin) və şəkərin səviyyəsini də yoxlamaq lazımdır. Qanda xolesterinin arzu olunan səviyyəsi 200 mq/dl (5 mmol/l), qlyukozanın səviyyəsi isə 100 mq/dl (5,5 mmol/l)-dən az olmalıdır (səhər tezdən acqarına ölçülür).

Saglamolun.Az