Diyetlərin uzun müddət davam etdirilməsi mümkünsüzdür. 20 illik araşdırmanın nəticələri…

Amerikada 20 ildir aparılan bir araşdırma nəticələrinə görə, arıqlama məqsədli diyetlərin uzun müddət davam etdirilməsi mümkünsüzdür, hətta bu, çox zaman artıq çəki qazanılmasına da yol açır.

Özünü “qidalanma psixoloqu” olaraq təqdim edən Minnesota Universitetinin professorlarından Traci Mann məlum olan bütün diyetləri tətbiq edənlər üzərində aparılan psixoloji və fizioloji testlərdən sonra uzun müddət diyet saxlamağın imkansız olduğu qənaətinə gəlindiyini bildirib. Mannın sözlərinə görə,  arıqlama diyeti saxlayanlar artıq yağları ilə başladıqları müharibəni gec-tez uduzurlar, çünki genlərimiz və ya beynimiz qidalara qarşı gəlmək üçün kodlaşdırılmayıb. Mann artıq çəki ilə müharibəni uduzmağımıza səbəb olan 3 faktoru belə sıralayıb:

Nevroloji dəyişikliklər: Diyet saxlayan zaman ətrafımızdakı qidalara, xüsusilə də ləzzətli olanlara qarşı daha da həssas oluruq. Bu da yemə istəyini dayanılmaz hala gətirir.

Hormonal dəyişikliklər: Çəki itirən zaman hormon səviyyəsi də dəyişir. Beynə doyma hissi verən hormonlar azalır. Beləliklə də aclıq hissi artır.

Metabolik dəyişikliklər: Diyet əsnasında metabolizm yavaşlayır. Bədən kaloriləri daha məhsuldar istifadə etməyə başlayır, amma aclığa qarşı da yağ ehtiyatı toplayır.

Saglamolun.Az