BSJ peyvəndi koronavirus və onun ağır simptomlarından qoruyur. Yeni araşdırma

BSJ peyvəndi (BSG) vərəmdən qorunmaq üçün nəzərdə tutulsa da daha sonra məlum olub ki, bu peyvənd insanın ümumi immun cavabına təsir edir, orqanizmin bir çox digər infeksiyalara qarşı davamlılığını artırır. 

Hələ koronavirus pandemiyasının əvvəlində bir çox alimlər BSJ-nin koronavirusa qarşı da effektli olduğunu güman ediblər.

Daha sonra bir neçə ölkənin mütəxəssisləri bu vaksini almış insanların koronavirusa qarşı davamlılığını  araşdırmağa başlayıblar.

Niderlandın nüfuzlu Radbaund Universitetinin (Radboud University) alimləri də belə araşdırmaya başlayıb.  Mütəxəssislər aşkar ediblər ki, BSJ peyvəndini almış insanlar koronavirusa daha az tutulur və onlarda ağır simptomların riski daha azdır.

Saglamolun.az bildirir ki, araşdırmanın nəticələri Cell Reports Medicine jurnalında dərc olunub.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasında BSJ peyvəndi Milli peyvənd təqviminə daxildir və bütün uşaqlara doğulandan sonra 4-7-ci günlərdə vurulur.  

Maraqlıdır ki, BSJ peyvəndi hətta sidik kisəsi xərçənginin müalicəsində də istifadə olunur.

Saglamolun.Az