ABŞ alimləri: Gün şüaları koronavirusu tez bir zamanda öldürür

ABŞ alimləri sübut edirlər ki, yeni koronavirus gün şüalarının təsirindən çox tez məhv olur.

“Gün şüaları koronavirusa həm havada, həm də səthlərdə güclü öldürücü təsir edir”, - alimlər qeyd edir.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, ultrabənövşəyi şüalarının mikrob və viruslara öldürücü təsiri elmə çoxdan məlumdur. Şüalar virusun genetik materialını zədələyərək onun çoxlmasının qarşısını alır.

Beləliklə, araşdırmalar yayda virusun kəskin azalmasına ümid verir. Lakin alimlər onu da qeyd edirlər  ki, koronavirusa yoluxma halları payız və qışda yenidən arta bilər. Bu 2-ci dalğa birincidən daha zəif və ya əksinə daha güclü ola bilər. Bu bir çox faktorlarda asılıdır - virusun özündən (yayıldıqca virus tədricən zəifləyir), peyvəndin tapılıb-tapılmamasından, insanlarda kollektiv immunitetinin formalaşmasından (insanların 70% çoxu bu virusu keçirdikdə, kollektiv immunitet yaranır və artıq virusu keçirməyən insanlar ona yoluxmur).

Alimlər yayda immun sistemini mümkün qədər gücləndirməyi tövsiyə edirlər ki, yeni sezonda həm koronavirus, həm də istənilən digər virus və bakteriyalar bizə ciddi ziyan vurmasın.

Saglamolun.Az