Rospotrebnadzor bildirib ki, uşaqlar böyüklərlə müqayisədə daha uzun müddət ərzində koronavirusun daşıyıcıları olurlar.
Əgər böyüklər hətta tam sağalandan sonra hələ 2 həftə ərzində koronavirusu havaya ifraz edirlərsə, uşaqlarda bu proses 3 həftə və bundan çox çəkə bilər. Həmçinin araşdırmalar göstərir ki, uşaqların əksəriyyəti koronavirusun gizli, simptomsuz daşıyıcılarıdır.
Saglamolun.az bildirir ki, məhz bu səbəbdən bütün dünyada uşaq baxşaları və məktəblərin bağlanması epidemiyanın həcmini azaldan əsas amil kimi qiymətləndirilir.
Rusiyalı epidemioloq professor Aleksandr Qorelov bildirib ki, uşaqlar əsasən virusu yüngül keçirirlər. Lakin müşahidələr göstərir ki, yanaşı xəstəlikləri olan 6-7 yaşlı uşaqlar koronavirusa qarşı daha həssasdır.
“Təəssüf ki, ölüm halları məhz adi həyatda da xüsusi diqqət tələb edən uşaqlar arasında qeydə alınır”, - professor bildirib.
Saglamolun.Az