Model gigiyenik vasitəyə görə iki ayağından məhrum olub - FOTO

Amerikalı model Loren Uasser bir neçə il bundan əvvəl 24 yaşında bir ayağından, bu yaxınlarda isə digər ayağından məhrum olub.

Cavan gözəl qadının həyatını kabusa çevirən səbəb adi qadın gigiyenik tamponları olub. Loren çox ağır vəziyyətdə xəstəxanaya daxil olub. Onun həyatını xilas etmək üçün həkimlər onu süni komaya salıblar. Həkimlər yalnız bir neçə həftədən sonra Lorenə dəqiq diaqnoz qoya bilib.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, tamponlardan istifadə nəticəsində Loren Uasserdə toksiki şok sindromu inkişaf edib. Toksiki şok sindromunun səbəbi stafilokokk toksinləridir. Bu ağır pozulma tampon, vaginal kontraseptiv, turund kimi vasitələrdən istifadəsi nəticəsində və ya əməliyyat və doğuşdan sonra inkişaf edə bilər.

Sindromun əsas simptomları:

- yüksək hərarət

- qarında ağrılar

- diareya (ishal)

- təzyiqin enməsi

- baş ağrıları

- ətraflardakı dəridə qabıqvermə.

Əməliyyatlardan sonra Loren qadınları tamponlarla bağlı risklərdən xəbərdarlıq etmək üçün kampaniya başladıb.

Tamponların toksiki şok sindromu ilə əlaqəsini araşdıran amerikalı alim doktor Filip Tierno araşdırma zamanı belə nəticəyə gəlib ki, tamponlardan istifadə uşaqlıq yolunun mikroflorasında Staphylococcusaureus mikrobları olan və bu mikrobların toksinlərinə qarşı anticismləri olmayan qadınlarda toksiki şok sindromunun inkişafı üçün optimal şərait yaradır.

Nəzərə alsaq ki, qeyd olunmuş mikrob olduqca yayılmış mikrobdur, bir çox qadınlar tamponlardan istifadə etdikdə öz sağlamlığını və hətta həyatını təhlükə altına salır.    

Saglamolun.Az