Ministr təyyarədə xəstəni xilas etdi

TACC informasiya agentliyinin məlumatına görə, Rusiyanın səhiyyə naziri tibb elmləri doktoru Veronika Skvortsova təyyarə uçuşu zamanı 47-yaşlı qadının həyatını xilas etməyə kömək edib.

Moskvadan Nyu-Yorka uçan təyyarədə sərnişinlərin birinin vəziyyəti kəskin pisləşıb və o, qəfildən huşunu itirib.

Stüardlar bu haqda sərnişinlərə xəbər verib onlardan kömək istədilər. Nevroloq ixtisası olan Veronika Skvortsova qadını müayinə etdikdən sonra xəstədə beyinin qan dövranının kəskin pozulmasını aşkar edib. Ministr xəstəyə beyində qan dövranını yaxşılaşdıran preparat verib və bundan sonra xəstənin vəziyyəti yaxşılaşıb, o, özünə gəlib. Daha sonra təyyarə Sankt-Peterburq şəhərində yerə endi. Burada xəstəni reanimobil gözləyirdi.

Saglamolun.Az