Evdə hazırlanan lavaş cipsi

Cips - uşaqların demək olar ki hamısının ən sevimli qidalarındandır.

Ancaq marketlərdən aldığımız hazır cipslərin nə qədər təhlükəli və zərərli olduğunu hamımız bilirik. Bəs uşaqlarımız cips istərkən nə etməli? Evdə hazırlanan cips buna çarə ola bilər. Həm dadı, həm keyfiyyəti ilə cox bəyənilən ev cipsini təqdim edirik. Sadə və ya ədviyyatlar əlavə etməklə hazırlaya bilərsiniz. Yanında da kimyəvi tərkibli ketcup və ya pendirli sous əvəzinə evdə hazırlanan ədviyyatlı souslarla yeyildikdə daha ləzzətli olur.

Lazım olan məhsullar:

- lavaş - 1 ədəd

- zeytun yağı - 1 desert qaşığı

- duz

- biraz kəklikotu

Hazırlanması:

Lavaş pizza kəsən və ya bıçaq vasitəsilə cips kimi üçbucaq formasında kəsilir. Dərin bir kasanın içinə qoyulur. Üzərinə yağ, duz və kəklikotu əlavə edilərək qarışdırılır. Yağlı kağız döşənmiş siniyə tökülür. Sobaya və ya Airfrayer-ə qoyulur. Sobada 180 C-də 10 dəqiqə, Airfrayer-də 5-8 dəqiqə rəngi azacıq dəyişənə qədər qurudulur. Sonra souslara batırılaraq yeyilir.

Saglamolun.Az