Tanınmış rusiyalı həkimdən KORONAVİRUSdan qorunma qaydaları

Tanınmış rusiyalı həkim, akademik, onlarla kitabın müəllifi Pavel Evdokimenko öz kanalında yeni koronavirusdan qorumaq üçün bəzi çox sadə qaydaları təqdim edib.

Saglamolun.az oxucularını bu qaydaları ilə tanış edir:

- Evinizi tez-tez havalandırın.

- Çoxlu insanın toplaşdığı yerlərdən mümkün qədər uzaq durun.

- Heyvanlardan təmasdan uzaq durun (söhbət zooparkda, fermalarda olan heyvanlardan, çöl heyvanlardan gedir).

- Əllərinizi tez-tez sabun və su ilə yuyun və ya spirtli salfetlərlə silin.

- Kifayət qədər yatın və daha çox dincəlin. Yorğun, az yatan insanın immun sistemi zəifləyir və o, daha tez virus və soyuqdəymə xəstəliklərinə yoluxur.

- Çöldən evə qayıdanda burun və ağzınızı duzlu məhlulla yuyun. Bunun üçün 1 stəkan ilıq suya 1 ç.q. duz və 1 damcı yod əlavə edin, qarışdırın və burun yuması və qarqara üçün istifadə edin. Bunu 1 ay ərzində hər gün etmək olar.

- Qidalanmanıza ət, meyvə-tərəvəz, süd məhsullarının miqdarını artırır.

Saglamolun.Az